YapiKredi Müraciət Forması
Mazda CX-5
İncəsənət

İsraildə 5 ağır əməliyyat keçirdim

İsraildə 5 ağır əməliyyat keçirdim

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu səhhətində yaranan ciddi problemlər və İsraildə keçirdiyi əməliyyatlar barədə danışıb.

O, bu barədə "YouTube" platformasında yayımlanan "Sheinkin40" layihəsində danışıb.

Bakıda verdiyi müsahibədə Polad Bülbüloğlu son illərdə gözlərfində yaranan problemlərlərdən danışıb. O, müalicə imkanlarını araşdırmaq üçün ABŞ, Rusiya daha bir neçə ölkədə həkim konsultasiyalarında iştirak edib. O gözləri ilə bağlı problemin həllini İsraildə tapdığını etiraf edib.

"Amma mənim tibbi göstəricilərim əsasında ən real kömək İsraildə göstərildi. Mən İsraildə beş ağır əməliyyat keçirdim. Onlardan biri Təl-Əvivdə, qalanları isə Hayfa şəhərində keçirildi. Onların sayəsində bu gün qarşınızda əyləşmişəm, sizi görürəm", - deyə Polad Bülbüloğlu bildirib.

Xatırladaq ki, müsahibəsində Polad Bülbüloğlu musiqi fəaliyyəti, Azərbaycanın mədəniyyət naziri və Rusiyadakı səfirlik fəaliyyəti dövrünə aid açıqlamalar verib.