Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıb.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər.
Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayon ərazisində yerləşən özəl tibb müəssisəsinə müraciət edib. Burada terapevtik və cərrahi müdaxilələr aparılıb. Lakin prosedur zamanı qadının vəziyyəti ağırlaşıb və o, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.



