Çinin süni intellekt sektorunda fəaliyyət göstərən "MiniMax" şirkətinin təsisçisi Yan Junjienin sərvəti şirkətin bazar dəyərinin kəskin enməsi nəticəsində ciddi şəkildə azalıb.
Demokrat.az xəbər verir ki, süni intellekt bazarında artan rəqabət və investorların narahatlıqları şirkətin səhmlərinə mənfi təsir göstərib.
"UOB Kay Hian" maliyyə qrupunun direktoru Kennet Qo bildirib ki, noyabrın 20-də "MiniMax"ın bazar dəyərində ciddi azalma qeydə alınıb. O, investorların kapitalı "Anthropic" kimi rəqib şirkətlərə yönəltməsinin də bu prosesə təsir göstərə biləcəyini qeyd edib.
Nəşrin məlumatına əsasən, "MiniMax"ın səhmləri əvvəlki ən yüksək göstərici ilə müqayisədə 90%-dən çox ucuzlaşıb. Nəticədə şirkətin təsisçisi Yan Junjie milyarder statusunu itirib.



