YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

Əraqçi: Hörmüz boğazının açılması üçün razılaşma əldə oluna bilər

Əraqçi: Hörmüz boğazının açılması üçün razılaşma əldə oluna bilər


İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açılması məsələsinin həllinin mümkün olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, nazir ABŞ-la yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün Tehranın mövqeyinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Əraqçi qeyd edib ki, Vaşinqton İranın tələblərini qəbul edəcəyi təqdirdə, boğazın açılması ciddi çətinlik yaratmayacaq.

O, həmçinin regionda təhlükəsizliyin təmin olunması məqsədilə diplomatik təmasların və dialoqun davam etdirildiyini bildirib.

Nazirin açıqlaması Hörmüz boğazında gəmiçilik məsələsinin beynəlxalq gündəmdə aktuallığını qoruduğu bir vaxta təsadüf edir.

NE
Nihadə Eyyubova