YapiKredi Müraciət Forması
Mazda CX-5
Texnologiya Özəl

Azərbaycanda dron satmaq qanunidir? — Açıqlama

Azərbaycanda dron satmaq qanunidir? — Açıqlama

Sosial şəbəkələrdə dronların satışı ilə məşğul olan səhifələrə rast gəlinir. Müxtəlif model və xüsusiyyətlərə malik dronların onlayn satışının genişlənməsi bu cihazların əldə edilməsinin nə dərəcədə əlçatan olması və satışına nəzarət məsələlərini gündəmə gətirir.

Hansı dronların satışına icazə var? Ümumiyyətlə dron satmaq qanunidir?

Demokrat.az-a mövzu ilə bağlı danışan hüquqşünas Səməd Vəkilov bildirib ki, dronlar pilotsuz uçuş aparatları kateqoriyasına aid edilir.

Azərbaycanda dron satmaq qanunidir? — Açıqlama

Onun sözlərinə görə, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanunun 18-ci maddəsinə əsasən, mülki pilotsuz uçuş aparatları, o cümlədən mülki təyinatlı avtonom və məsafədən idarə olunan pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq dronlar istisna olmaqla) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar hesab olunur:

"Qanunla müəyyən edilmiş xüsusi icazə olmadan pilotsuz uçuş aparatlarının əldə edilməsi, satılması və istifadəsi inzibati məsuliyyətə səbəb olur".

Hüquqşünas qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə olunan pilotsuz uçuş aparatlarının əldə edilməsinə və ya satılmasına görə, həmin aparatların müsadirə edilməsi ilə yanaşı, 150 manatdan 300 manatadək cərimə nəzərdə tutulur.