YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Diş minasını zədələyə bilən qidalar açıqlanıb

Diş minasını zədələyə bilən qidalar açıqlanıb

Gündəlik qidalanmada sağlam hesab edilən bəzi məhsulların tez-tez və uzun müddət istifadəsi dişlərin qoruyucu qatına mənfi təsir göstərə bilər.

Demokrat.az xəbər verir ki, stomatoloq Lyudmila Berezina diş minasına zərər verə biləcək qidalar barədə danışıb.

Həkimin sözlərinə görə, bu məhsulların başında limon, portağal, qreypfrut kimi sitrus meyvələri və onların şirələri gəlir. Bu meyvələrdə olan üzvi turşular diş səthinə uzun müddət təsir etdikdə minanın tədricən aşınmasına yol açır. Xüsusilə limonlu suyun davamlı içilməsi və limon dilimlərinin ağızda saxlanılması riskli hesab olunur.

Stomatoloq quru meyvələrin də diş sağlamlığı baxımından diqqət tələb etdiyini bildirib. Kişmiş, qaysı, xurma və qurudulmuş quşüzümü həm şəkərlə zəngin, həm də yapışqan olduğundan dişlərə yapışaraq onların arasında qida qalıqlarının toplanmasına səbəb ola bilər.

Berezina sirkə ilə hazırlanan məhsulların da bu baxımdan zərərsiz olmadığını vurğulayıb. Turşuya qoyulmuş tərəvəzlər, müxtəlif salat sousları və alma sirkəsinin tez-tez qəbulu diş minasının aşınma ehtimalını artırır.

Mütəxəssis qeyd edib ki, xüsusilə turşulu qidaların dişlərlə davamlı təması zamanla mina qatının zəifləməsinə və eroziyanın yaranmasına gətirib çıxara bilər.

NE
Nihadə Eyyubova