YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

"Titanik"dən sağ çıxan modelyerin tarixi üzüyü satışa çıxarılıb

Titanikdən sağ çıxan modelyerin tarixi üzüyü satışa çıxarılıb

Məşhur "Titanik" faciəsindən xilas olan britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərracda satışa təqdim edilib.

Demokrat.az xəbər verir ki, noyabrın 21-də İngiltərənin Uiltşir qraflığında təşkil olunan hərracda nümayiş etdirilən nadir zinət əşyasının başlanğıc qiyməti 80 min funt sterlinq (təxminən 178 min manat) olub.

1912-ci ildə həyat yoldaşı ilə birlikdə "Titanik"də olan Lüsi Daff-Qordon gəminin batmasından sağ qurtulub. Onun barmağında olan və nişan üzüyü olduğu güman edilən brilyant qaşlı zinət əşyası faciədən sonra qorunub saxlanılan yeganə qiymətli şəxsi əşyası hesab olunur.

Üzük uzun illər modelyerin ailəsində qorunub və nəsildən-nəslə ötürülüb. Hərrac təşkilatçıları zinət əşyasının həqiqiliyini və mənşəyini təsdiqləyən imzalı məktubu, eləcə də brilyantın rəsmi sertifikatını da alıcılara təqdim ediblər.

Məlumata görə, Daff-Qordon və həyat yoldaşı 40 nəfər üçün nəzərdə tutulan xilasetmə qayığında cəmi 12 nəfər olduğu vaxt xilas ediliblər. Cütlük sonradan digər sərnişinləri qayığa götürməmək müqabilində onun heyətinə rüşvət verməkdə günahlandırılıb. Lakin irəli sürülən ittihamlar təsdiqlənməyib.

NE
Nihadə Eyyubova