Avtomobil kişilər üçün sadə maraq yox, həm də zehni sakitləşdirən vasitədir.
Demokrat.az bildirir ki, araşdırmalar kişi beyninin qaydalı və hərəkətli sistemləri anlamağa daha meyilli olduğunu göstərir. Danışa bilməyən körpələr üzərində aparılan sınaqlarda da fərq görünür. Kişi cinsindən olan körpələr dönən çarxlara və hərəkətə daha uzun müddət baxır.
Bu xüsusiyyət maşın sürəndə insana idarəetmə hissi verir. Qaza və ya sükana toxunanda avtomobil dərhal cavab verir. Həyatın qeyri-müəyyənliyi içində insan maşını öz nəzarətində saxlayır. Kimi mühərrikin səsini dinləyir, kimi dəyişiklik edir, kimi də kiçik səsdə ustaya gedir.
Avtomobillə məşğul olmaq, xüsusən onu yumaq zehni rahatladır. Maşına qulluq etmək və ya detallarla işləmək insana yaxşı təsir edir. Ardıcıl hərəkətlərə yönəlmək beynin narahatlıq yaradan hissəsini müvəqqəti sakitləşdirir.
Gündəlik yorğunluqdan sonra çirkli maşının təmizləndiyini görmək insana sevinc və rahatlıq gətirir. Yəni avtomobillə məşğul olmaq kişilər üçün gərginliyi azaldan sadə və təsirli üsuldur.



