YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

Ermənistanın yeni Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı

Ermənistanın yeni Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini ictimaiyyətə açıqlayıb.

Demokrat.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında yeni Konstitusiya layihəsinin dərc olunduğu xüsusi internet səhifəsinin keçidini paylaşıb.

Baş nazir bildirib ki, yaradılan platforma hər bir vətəndaşın sənədlə tanış olması və layihə ilə bağlı təkliflərini təqdim etməsi üçün nəzərdə tutulub.

"Əziz xalqım, Ermənistan Respublikasının əziz vətəndaşları! Yeni Konstitusiyanın layihəsini bu məqsədlə xüsusi olaraq yaradılmış internet saytında təqdim etməkdən məmnunam. Sayt hər kəsin sənədi oxuması və öz təkliflərini bildirməsi üçün mümkün qədər rahat şəkildə hazırlanıb. Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm", deyə Paşinyan qeyd edib.

O, paylaşımında "Bu sizin Konstitusiyanızdır" ifadəsini də işlədib.

Ermənistan mediasının yaydığı məlumata görə, 89 maddədən ibarət yeni Konstitusiya layihəsinin mətnində ölkənin Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.

Qeyd edək ki, Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasıdır. Müstəqillik Bəyannaməsində isə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı istinad mövcuddur.