Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində azərbaycanlı iş adamı silahlı hücuma məruz qalıb.
İş adamı Duriç Hacıyevin avtomobili atəşə tutulub.
Hadisə Hacıyev restorandan evə qayıdarkən baş verib. Məlumata görə, həmin vaxt avtomobildə iş adamının azyaşlı övladları da olub.
Hücumun maliyyə mübahisəsi ilə əlaqəli olduğu bildirilir. Versiyalardan birinə görə, iş adamı şantaj edilib və ondan biznesdə pay tələb olunub.
Hacıyevin ailəsi isə bu versiyanı təkzib edir. Duriç Hacıyevin atası maliyyə mübahisəsinin olmadığını bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Həmin şəxs ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhddə iştirak etməkdə ittiham olunur.
Hadisə ilə əlaqəsi olduğu bildirilən ikinci şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.(oxu.az)



