İranın cənubunda yerləşən Qəşm adasının ətrafına raket düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentliyin iddiasına əsasən, hücum ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilib.
Hadisə nəticəsində dağıntıların və ya xəsarət alanların olub-olmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.



