YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Gürcüstanda matəm günü elan edildi

Gürcüstanda matəm günü elan edildi

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş verən partlayış nəticəsində 6 nəfərin ölməsi ilə əlaqədar noyabrın 22-də ölkədə matəm elan olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, matəm günü ölkə ərazisində dövlət bayraqları endiriləcək. Bu addım partlayış qurbanlarının xatirəsinin yad edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, hadisə noyabrın 19-da Tbilisidəki yaşayış binasında qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri – 3 yaşlı uşaq sağ çıxarılıb.

Həlak olanlardan 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.