YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib - YENİLƏNİB

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib - YENİLƏNİB

İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Demokrat.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, yerli vaxtıla 01:25-də baş verən zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

***

01:59

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə 01:25-də baş verən zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.

B
Qeyd edilməyib