YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Aslıhan Malboradan evlilik xəbərlərinə reaksiya

Aslıhan Malboradan evlilik xəbərlərinə reaksiya

Türkiyəli aktrisa Aslıhan Malbora aktyor Çağatay Ulusoyla evlənəcəkləri barədə yayılan məlumatlara münasibət bildirib.

Demokrat.az xəbər verir ki, aktrisa İstanbulda teatr tamaşasından sonra jurnalistlərin suallarını cavablandırarkən toy xəbərlərinin həqiqəti əks etdirmədiyini deyib.

Malbora gələn ay xaricdə nikah masasına əyləşəcəkləri ilə bağlı iddiaları təkzib edərək, "Xeyr, bu doğru deyil, evlənmirəm", – deyə bildirib.

Son günlər cütlüyün şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlər bununla da məhdudlaşmayıb. Aktrisanın hamilə olduğu barədə də iddialar ortaya atılıb.

"Milliyet" qəzetinin müxbiri bu məlumatlarla bağlı hüquqi addım atıb-atmayacağını soruşduqda Malbora hamilə olmadığını və məhkəməyə müraciət etmək niyyətinin olmadığını açıqlayıb.

Beləliklə, aktrisa həm evlilik, həm də hamiləlik xəbərlərinin əsassız olduğunu bildirib.

NE
Nihadə Eyyubova