YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Deyir ki, 50 manata səni "İlin yaxşı müğənnisi" edirəm" - VİDEO

Deyir ki, 50 manata səni İlin yaxşı müğənnisi edirəm - VİDEO

Müğənni Əbdül Xalid keçirilən mükafatlandırma mərasimlərindən narazılığını bildirib.

Sənətçi müxtəlif təşkilatçıların müğənnilərə təqdim etdiyi "İlin yaxşı müğənnisi" kimi mükafatların hansı meyarlarla verildiyini sual edib.

O, bu cür diplomların pul qarşılığında təqdim olunduğunu iddia edib:

"Hansısa təşkilatçı müğənniyə "İlin yaxşı müğənnisi" mükafatını verir. Çox maraqlıdır, bunlar yaxşı bəstəkarı, müğənnini haradan götürür, nəyə əsasən seçirlər? İlin yaxşı müğənniləri bizim gecə-gündüz çalışan müğənnilərimizdir. Təşkilatçılar 50-100 manata diplom verir ki, səni "İlin yaxşı müğənnisi" edirəm. Rayondan gələn müğənni də sevinir ki, Bakıya gəlib fəxri diplom aldım. Buna nəzarət lazımdır. Bunu kim təsis edir, hansı əsasla verirlər?".

NE
Nihadə Eyyubova