YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Türk aktrisanın Yaponiya tətili xəstəxanada başa çatdı

Türk aktrisanın Yaponiya tətili xəstəxanada başa çatdı

Türkiyəli aktrisa Beste Kökdemir Yaponiyaya ailəsi ilə birlikdə etdiyi səfər zamanı səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Aktrisa sosial şəbəkə hesabında paylaşım edərək qida vasitəsilə virusa yoluxduğunu və gecəni xəstəxanada keçirməli olduğunu bildirib.

Kökdemerin sözlərinə görə, hərarəti qısa müddətdə 40,5 dərəcəyə qədər yüksəlib. Gecə saatlarında təcili tibbi yardıma müraciət etsələr də, xəstəxanada iki saatdan çox gözləməli olublar. O, həmçinin Yaponiyada tibbi xidmətlərin qiymətinin gözlədiyindən xeyli yüksək olduğunu qeyd edib.

Aktrisa ölkənin ümumilikdə təmiz və səliqəli olduğunu vurğulasa da, hətta etibarlı restoranlarda yemək yedikləri halda belə, bu cür problemlə üzləşdiklərini yazıb.

Bununla belə, Kökdemer müalicə prosesindən və tibb işçilərinin münasibətindən razı qaldığını bildirib. O, xəstəliyin körpəsi Kaiyə keçməyəcəyini və ana südü ilə qidalandırmanı davam etdirə biləcəyini öyrənməsinin onu sevindirdiyini qeyd edib.

Yaşadığı narahatlıq səbəbindən ailə Tokiodakı gəzinti planlarını da təxirə salıb. Aktrisa iki gecədir şəhərdə olmasına baxmayaraq, hələlik Tokionu gəzməyə imkan tapmadığını bildirib.