YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Şəhriyar da orada olubmuş

Şəhriyar da orada olubmuş

Xəbər verdiyimiz kimi, avtomobil qəzasında həyatını itirən ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman ölümündən az əvvəl doğum gününü qeyd edibmiş.

Mərhum aparıcı ötən gün paytaxt məkanlarının birində özünə ad günü məclisi təşkil edib. Gecənin qonaqları sırasında tanınmış aparıcı Şəhriyar Əbilov da yer alıb.

Baş verən faciədən sarsılan Şəhriyar Əbilov sosial şəbəkə hesabında həmkarı ilə son görüşünün təfərrüatlarını bölüşüb. O, məclis zamanı Adanı təbrik etdiyini və öz üzərində işləyib inkişaf etməsindən danışarkən mərhumun kövrəldiyini xatırlayıb.

Məclisin xoş əhval-ruhiyyədə keçdiyini vurğulayan aparıcı sağollaşıb ayrılandan qısa müddət sonra ölüm xəbərini aldığını bildirib. Yaşadığı hadisənin şokundan çıxa bilməyən Şəhriyar Əbilov mərhuma Allahdan rəhmət diləyib.

Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
Şəhriyar da orada olubmuş
1 / 6

Editor
Redaktor