YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

"Kızılcık Şerbeti"nin Mustafası yeni serialda

Kızılcık Şerbetinin Mustafası yeni serialda

"Kızılcık Şerbeti" serialında Mustafa obrazı ilə tanınan aktyor Emrah Altıntoprakın yeni layihəsi bəlli olub. Aktyor bu dəfə tarixi mövzuda çəkilən serialda rol alacaq.

Demokrat.az xəbər verir ki, Emrah Altıntoprak "Aşk ve Taht" adlı yeni serialın aktyor heyətinə qoşulub.

Aktyor ekran əsərində Emir Karaarslan obrazını canlandıracaq. Bozdağ Film istehsalı olan serialın çəkilişlərinə hazırlıq işləri aparılır.

Layihədə Akın Akınözü, Merjem Šiljak, Simay Barlas, Cem Bender, Ferit Kaya, Ayça Bingöl, Ceren Benderlioğlu, Halil İbrahim Ceyhan və Selin Genç kimi aktyorlar da yer alacaq.

Qeyd edək ki, Emrah Altıntoprak "Kızılcık Şerbeti" serialının 113-cü bölümündə Mustafa obrazı ilə vidalaşıb. Aktyor dörd mövsüm ərzində bu obrazı canlandırıb.