YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm

Ada Süleymanovanın öldüyü qəzada adı hallanan iş adamı danışdı

Ada Süleymanovanın öldüyü qəzada adı hallanan iş adamı danışdı

Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında aparıcı Ada Süleymanovanın da həyatını itirdiyi qəzada məşhur ailənin adı hallanır.

Belə ki, qəzada ölən digər şəxs - Anar Kərimovun "Metak" şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilir.

Demokrat.az xəbər verik ki, Ölkə.az-ın xəbərinə görə, A.Kərimovun oğlu, şirkətin icraçı direktoru Aydın Kərimov bununla bağlı açıqlama yayıb.

O bildirib ki, baş verən qəzanın onun ailəsi ilə əlaqəsi yoxdur.

"Bir çox xəbər saytları mənim barəmdə yanlış xəbər yayırlar. Faciədə ölən şəxslərə Allah rəhmət etsin. Bu şəxslərin bizim ailəmizə aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir", - o söyləyib.

Qeyd edək ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində "VOYAH" markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verib və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Dünyasını dəyişənlərdən biri Ada Süleymanova ARB TV-nin keçmiş aparıcısı olub. Aparıcı yaxınları ilə doğum gününü qeyd edib və evinə qayıdarkən baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə ekspertizalar təyin edilib.