Şəmkirdə vəhşi heyvanlar tərəfindən parçalandığı ehtimal edilən şəxslə bağlı bəzi təfərrüat məlum olub.
Rayonun Ağdağlar adlanan ərazisində meyiti tapılan 1983-cü il təvəllüdlü İlqar Məmmədov Gədəbəy rayonunun Düzyurd kənd sakinidir. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Ehtimal edilir ki, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. (oxu.az)



