YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

"Barselona" futbolçuları Bakıya gəldilər - VİDEO

Barselona futbolçuları Bakıya gəldilər - VİDEO

İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Sabah"la keçirəcəyi oyun üçün Bakıya gəlib.

Kataloniya təmsilçisinin təyyarəsi bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Futbolçuları hava limanında çoxlu sayda azarkeş qarşılayıb.

"Barselona"nın əsas komandası ilə yanaşı U-19 komandası da "Sabah"la UEFA Gənclər Liqasında keçirəcəkləri oyun üçün Bakıya gəlib.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də, saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Gənclər Liqasının oyunu isə həmin gün saat 15:00-da start götürəcək.

NE
Nihadə Eyyubova