YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

"Azərbaycanın dövlətçiliyi möhkəm ideoloji əsaslara söykənir"

Azərbaycanın dövlətçiliyi möhkəm ideoloji əsaslara söykənir

"Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılması və inkişafında misilsiz xidmətlər göstərib".

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda bildirib.

O, azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin dövlətçilik və milli-vətəndaş həmrəyliyindən ibarət olduğunu dəfələrlə vurğulayıb:

"Biz azərbaycançılıq ideyasını dünyaya tanıdırıq. Bu ideya mütərəqqi dünya dəyərlərini, etnik müxtəlifliyə hörməti və tolerantlığı təbliğ edir. Bu siyasətin əsas prinsipləri bu gün də öz aktuallığını qoruyur. Ölkəmiz inkişaf strategiyasını məhz bu mütərəqqi dəyərlər üzərində qurub.

Hörmətli Prezidentimiz çıxışlarında qeyd edib ki, əsrlər boyu bizi bir millət, bir xalq kimi birləşdirən və qoruyub saxlayan dəyərlərimiz olub. Bu gün də həmin məsələyə böyük diqqət yetirilir. Baxın, dinlərə bağlılığımızı necə qoruyub saxlayırıq. Qloballaşan və müxtəlif çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz dövlətçiliyimizin təməlini təşkil edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın dövlətçiliyi möhkəm ideoloji əsaslara söykənir. Bu əsasların başında isə azərbaycançılıq dayanır".

Fidan Hacızadə

Editor
Redaktor