YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Uill Smitin 42 milyon dollarlıq malikanəsində yenə..... - FOTOLAR

Uill Smitin 42 milyon dollarlıq malikanəsində yenə..... - FOTOLAR

Hollivud ulduzu Uill Smitin ABŞ-nin Kaliforniya ştatında yerləşən 42 milyon dollar dəyərindəki malikanəsində yenidən yanğın baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Kalabasas şəhərində, 150 hektardan çox ərazini əhatə edən mülkdə qeydə alınıb. Yanğınla bağlı məlumat daxil olduqdan sonra əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Onların müdaxiləsi nəticəsində alovun qarşısı alınıb.

Məlum olub ki, aktyorun həyat yoldaşı Cada Pinkett-Smitlə birgə sahib olduğu mülkdə 2021-ci ildə də yanğın baş verib. Həmin vaxt alovun evin zirzəmisində başladığı bildirilmiş, hadisədən sonra binada təmir işləri aparılmışdı.

Bundan başqa, 2025-ci ildə Los-Ancelesdə baş verən Palisades meşə yanğınları zamanı da ailə təhlükəsizlik məqsədilə malikanəni tərk etməli olmuşdu. Həmin vaxt alovlar evə çatmamışdı.

Qeyd edək ki, Uill Smit 2003-cü ildə ərazini satın alıb. Altı yataq otağı və 13 vanna otağı olan malikanənin tikintisi 2010-cu ildə başa çatıb. Aktyor evi bir müddət 42 milyon dollara satışa çıxarsa da, sonradan bu qərarından vaz keçib.

Uill Smitin 42 milyon dollarlıq malikanəsində yenə..... - FOTOLAR

Uill Smitin 42 milyon dollarlıq malikanəsində yenə..... - FOTOLAR