YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

20 yaşlı sürücü qəza törədib - Ölən var

20 yaşlı sürücü qəza törədib - Ölən var

Dünən Bakıda daha bir piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Bünyad Muxtar oğlu Cəfərov idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Çərkəz Elnur oğlu Fətullayevi vurub.

Sabunçu xəstəxanasına yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, dünən paytaxtın Nəsimi rayonunda da piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.