YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial media

"Sosial şəbəkələr söyüş platformasına çevrilib"

Sosial şəbəkələr söyüş platformasına çevrilib

Milli Məclisdə sosial şəbəkələrdəki mövcud vəziyyət, təhqir və söyüşlərin yayılması, eləcə də bu platformaların cəmiyyətə təsiri müzakirə olunub.

Demokrat.az xəbər verir ki, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı sosial medianın yaratdığı təhlükələrdən danışıb.

Deputatın sözlərinə görə, sosial şəbəkələr ilkin mahiyyətindən uzaqlaşaraq təhqir və söyüşlərin yayıldığı platformalara çevrilib. O, bu prosesin insanların düşüncəsinə mənfi təsir göstərdiyini və sahənin tənzimlənməsinə ehtiyac yarandığını vurğulayıb.

"Bu gün artıq sosial media müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrilib. Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib və getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir etməkdədir. Bütün bunlar isə sahənin tezliklə tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir".

Ceyhun Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə baş verənləri ifadə və düşüncə azadlığı kimi qiymətləndirmək düzgün deyil. Onun fikrincə, bu platformalarda manipulyasiya və insanların düşüncəsinə təsir göstərilməsi halları geniş yayılıb.

"Bütün bunların fonunda isə hələ də çoxumuz qarşıda bizi hansı təhlükələr gözlədiyini tam bilmirik. Bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini labüd edir".

Editor
Redaktor