YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Cəmiyyət

Toya hazırlaşanlara şad xəbər — Açıqlama

Toya hazırlaşanlara şad xəbər — Açıqlama

Toy və cehiz hazırlığı görən, eləcə də yaxın zamanda qızıl almağı planlaşdıran vətəndaşlar üçün dünya bazarında baş verən qiymət dəyişiklikləri xüsusi maraq doğurur. Son dövrlər qızılın qiymətində müşahidə olunan ucuzlaşma yerli bazara da təsir edib. Belə ki, qızılın qiyməti 145 manata qədər enib. Bu vəziyyət xüsusilə toy mövsümünə hazırlaşan ailələr üçün zinət əşyalarını daha münasib qiymətə almaq imkanı yarada bilər.

Bəs ucuzlaşmanın əsas səbəbi nədir? Bu eniş davam edə bilərmi və hazırda qızıl almaq istəyənlər üçün əlverişli zamandırmı?

İqtisadçı Elçin Rəşidov Demokrat.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-nin idxal tariflərini artırmasıdır.

Toya hazırlaşanlara şad xəbər — Açıqlama

Onun sözlərinə görə, bu addım ABŞ-də inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olub:

"Digər tərəfdən, Hörmüz boğazı ətrafında baş verən geosiyasi hadisələr və neftin qiymətinin bahalaşması da qlobal bazarlarda, o cümlədən ABŞ-də inflyasiya risklərini artırıb. Nəticədə ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı cilovlamaq məqsədilə faiz dərəcələrini artırmaq istiqamətində addımlar atır. Təcrübə göstərir ki, FED-in faiz dərəcələrini artırması və ya belə bir qərarın gözlənilməsi qızılın qiymətinə mənfi təsir göstərir. Faiz dərəcələri yüksəldikdə investorlar dollarda ifadə olunan aktivlərə, xüsusilə də dövlət istiqrazlarına daha çox üstünlük verirlər. Çünki bu aktivlərin gəlirliliyi artır və investorlar qızıl əvəzinə daha yüksək gəlir gətirən maliyyə alətlərinə yönəlirlər. Nəticədə bazarda qızılın satış həcmi artır və qiymətlər aşağı düşür. Qızılın ucuzlaşması toy və cehiz hazırlığında olan vətəndaşlar üçün də müəyyən mənada əlverişli vəziyyət yaradır.

Beləliklə, qızıl almağı planlaşdıran insanlar qiymətlərin enməsindən faydalana və daha münasib qiymətə zinət əşyaları əldə edə bilərlər".