“Bu gün Azərbaycan tərəfindən sülh təşəbbüsləri tam şəkildə dəstəklənir və ölkə rəhbərliyi sülhün əldə olunması üçün davamlı olaraq səylər göstərir. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb və bu istiqamətdə Xarici İşlər nazirləri mütəmadi telefon təmasındadır. Eyni zamanda, sülh sazişində yer alan bəndlərin icrasını təmin etmək üçün xüsusi bir komissiyanın yaradılması nəzərdə tutulur”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O deyib ki, artıq Ermənistan da reallığı qəbul edib:
“Görünür ki, bu prosesə əngəl yaratmaq cəhdləri daxildə ciddi siyasi risklərə səbəb ola bilər. Belə cəhdlər Ermənistan rəhbərliyinin hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Kommunikasiyaların açılması məsələsi isə birbaşa Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar əsasında həyata keçiriləcək. Bu prosesə üçüncü tərəfin müdaxiləsi gözlənilmir. Eyni zamanda, Ermənistan konstitusiyasında dəyişikliklər aparmalıdır. Burada Azərbaycana qarşı mövcud olan ərazi iddialarına son verilməsi vacibdir. Bu dəyişikliklər həyata keçirildikdən sonra ikinci mərhələdə yeni sülh sazişi imzalanması gözlənilir. Lakin artıq əsas prinsiplər razılaşdırıldığı üçün ikinci sazişə böyük ehtiyac qalmayacaq. Ermənistan rəhbərliyi bu prosesləri uğurla tamamlayarsa, bu, daxildə onların siyasi mövqelərinin möhkəmlənməsinə və seçkilərdə uğur qazanmalarına şərait yarada bilər. Azərbaycanın təqdim etdiyi imkanlar fonunda Ermənistan üçün yeni bir inkişaf mərhələsi başlaya bilər”.
Leyla Turan
Demokrat.az