Qurban Qurbanov bu əcnəbi hücumçunun transferini istəyib

İDMAN 15 avqust 2025, 14:25
Çempionlar Liqasında pley-off mərhələsinə yüksələr "Qarabağ" transfer çalışmalarını davam etdirir.

Demokrat.az
xəbər verir ki, Ağdam təmsilçisi hazırda hücumçu axtarışındadır.

Baş məşqçi Qurban Qurbanov rəhbərlikdən "Şkendiya”da çıxış edən sağ cinah vingeri Fabriz Tampanın transfer olunmasını istəyib.

21 yaşlı futbolçu “Qarabağ”la oyunlarda özünü yaxşı tərəfdən göstərib. Bu da Qurban Qurbanovun diqqətindən yayınmayıb.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (5:1) matçında Fabriz komandasının yeganə qoluna imza atıb. Şimali Makedoniya klubu ilə 2028-ci ilə qədər müqaviləsi olan futbolçunun transfer dəyəri 225 min avrodur.(Sport1.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 avqust 2025, 17:10
Top