YapiKredi Müraciət Forması
Mazda CX-5
Sosial

"Qəpik-quruşla pul yığıb ev almışam, gəlib qarşısını hasarla kəsirlər" - VİDEO

Qəpik-quruşla pul yığıb ev almışam, gəlib qarşısını hasarla kəsirlər - VİDEO

13 mərtəbəli binanın qarşısında qeyri-yaşayış obyekti inşa edilib və onun dam hissəsində tikinti layihəsində nəzərdə tutulmayan ekran tipli hasar hörülüb. Boyu ətrafdakı binaların boyuna bərabər olan bu divar sakinlərin eyvanın qarşısnı da bağlayır.

Demokra.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, "Səfalı" MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının sakini Elçin Amanəliyev bu iddianı səsləndirib.

Elçin Amanəliyev iddia edir ki, MTK tərəfindən layihədə nəzərdə tutulmayan həmin tikilinin sökülməsi ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və FHN-in Tikintiyə Nəzarət Agentliyi tərəfindən qərar verilsə də, bunun icrası ləngidilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.