YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Toyuq filesinin quru və rezin kimi olmaması üçün marinada bir inqrediyent əlavə edin

Toyuq filesinin quru və rezin kimi olmaması üçün marinada bir inqrediyent əlavə edin

Toyuq filesini bişirərkən onun quru və sərt olması ilə tez-tez qarşılaşılır. Lakin sadə bir kulinariya üsulu ilə əti daha yumşaq və şirəli hazırlamaq mümkündür.

Demokrat.az xəbər verir ki, bu barədə "Mirror" yazıb.

Məqalədə bildirilir ki, toyuq filesinin yumşaq qalmasının sirri qatıq, limon suyu və xəmir qabardıcısının qarışığındadır. Xüsusilə az miqdarda qabardıcının marinada əlavə edilməsi ətin teksturasına müsbət təsir göstərir.

Qabardıcı, qatıq və limon suyunun birlikdə istifadəsi ətin yumşalmasına kömək edir. Bundan əlavə, toyuğun tavada qapaq altında bişirilməsi nəmin qorunmasını təmin edir və onun qurumasının qarşısını alır.

Hazırlanma qaydası

Bunun üçün aşağıdakı ərzaqlar lazımdır:

- Toyuq filesi;
- Yarım çay qaşığı xəmir qabardıcısı;
- 2 xörək qaşığı qatqısız qatıq;
- Yarım limonun suyu;
- Duz, istiot və zövqə uyğun ədviyyatlar.

Əvvəlcə bütün ərzaqları toyuq filesi ilə qarışdırıb marinad etmək lazımdır. Daha sonra əti orta istilikdə qızdırılmış tavaya yerləşdirib qapağını örtərək 3,5 dəqiqə bişirmək tövsiyə olunur.

Bu müddətdən sonra fileləri çevirmək, yenidən qapağı örtmək və daha 7 dəqiqə bişirmək lazımdır. Bişdikdən sonra toyuğu dərhal doğramaq əvəzinə, kəsmə taxtasında 5 dəqiqə saxlamaq məsləhət görülür. Bu, ətin şirəsinin bərabər paylanmasına kömək edir.

Məqalədə qeyd olunur ki, bu üsul sayəsində toyuq filesi daha zərif və şirəli alınır.