YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Dünya

"TikTok"da tanış olduğu sevgilisi həyatını alt-üst etdi: 170 min lirə borc iddiası

TikTokda tanış olduğu sevgilisi həyatını alt-üst etdi: 170 min lirə borc iddiası

Türkiyədə 38 yaşlı, dörd uşaq anası Tuğba Dalgıç özündən 13 yaş kiçik sevgilisi Yusuf Mar tərəfindən evlilik vədi ilə aldadıldığını iddia edib. Tərəflər arasındakı mübahisə Esra Erolun televiziya proqramında canlı yayımda üzləşmə ilə nəticələnib.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Dalgıç Yusuf Marla "TikTok"da tanış olub. Təxminən bir il sosial şəbəkədə yazışan cütlüyün münasibəti sonradan sevgi əlaqəsinə çevrilib. Lakin qadın sevgilisinin qızıllarını aldığını və onun adına 170 min lirə kredit kartı borcu yaratdığını irəli sürüb.

Canlı yayıma qatılan 25 yaşlı Yusuf Mar isə ona qarşı səsləndirilən ittihamları qəbul etməyib. Dalgıç sevgilisinə niyə güvəndiyini izah edərkən uşaqlıq həyatından da danışıb. O, atasını prostat xərçəngindən itirdiyini, anasının isə 14 yaşında olarkən onu tərk etdiyini bildirib.

Qadın Yusufun əvvəlcə ona xüsusi diqqət göstərdiyini, xoş sözlərlə etibarını qazandığını, sonradan isə bu vəziyyətdən istifadə etdiyini iddia edib.

Proqramda daha bir ciddi ittiham da səsləndirilib. Tuğba Dalgıç Yusuf Marın onun 16 yaşlı qızına və digər uşaqlarına qarşı zorakılıq etdiyini iddia edib. Mar bu ittihamları da rədd edib.

Tərəflərin qarşılıqlı ittihamları canlı yayımda gərginliyə səbəb olub.