YapiKredi Müraciət Forması
Mazda CX-5
İnfrastruktur

Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb

Azərbaycan və Özbəkistan parlamentləri arasında Yol xəritəsi imzalanıb

Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında "Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi üzrə 2027–2028-ci illər üçün praktiki tədbirlər planı"nın ("Yol xəritəsi") imzalanması mərasimi keçirilib.

Demokrat.az Milli Məclisin Mətbuat xidmətindən "Report"a bildirilib ki, sənədi Azərbaycan tərəfdən parlament sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

"Yol xəritəsi" iki ölkənin qanunverici orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsini, qanunvericilik fəaliyyəti, habelə parlament diplomatiyası və digər prioritet istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.