“Sabah” və “Araz-Naxçıvan” cavab matçına çıxır

İDMAN 14 avqust 2025, 09:08
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, Azərbaycanı təmsilçiləri pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.

Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ adlamağa çalışacaq. 

Qarşılaşma saat 20:00-da başlayacaq.

“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan Naxçıvan təmsilçisini səfərdə də çətin oyun gözləyir.

Bu görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları

20:00 “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)

İlk oyun: 0:1

21:00 “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)

İlk oyun: 4:0

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top