Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü — ANBAAN VİDEO

DÜNYA 14 avqust 2025, 17:50
Türkiyədə azərbaycanlı qadın qonuşu tərəfindən hücuma məruz qalıb.

Bizim.Media “Mardin haber” nəşrinə istinadən xəbər verir ki, hadisə Mardin vilayətində baş verib İddiaya görə, yüksək səs-küy saldığı üçün azərbaycanlı qadını xəbərdar etməyə gedən qonşusu, evdə uşaqlarının gözü qarşısında onunla mübahisəyə başlayıb. Qısa müddətdə böyüyən mübahisə fiziki qarşıdurmaya çevrilib.

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında əlbəyaxa dava olub.

Davanı ayırmaq üçün araya girən bir kişinin müdaxiləsi isə gərginliyi azaltmaq əvəzinə daha da artırıb. Bütün bunlar azyaşlıların gözü önündə baş verib.

Hadisədən sonra zorakılığa məruz qaldığını iddia edən ana qonşusundan şikayətçi olub.

Faktla bağlı araşdırmaya başlanılıb.

Hadisənin görüntülərini təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top