Paşinyan: “Vaşinqton sazişi İran və Rusiyaya da ciddi fayda verəcək” — VİDEO

DÜNYA 14 avqust 2025, 10:31
“Azərbaycanla sülh və ABŞ-ın idarə edəcəyi dəhliz bütün tərəflər - o cümlədən Rusiya və İran üçün də qələbədir”.

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş Azərbaycanla sülh sazişi və tranzit dəhlizi barədə Rusiya və İrandan etiraz gözləmir:

“Əgər bu sazişin iqtisadi tərəfi haqqında danışsaq, çox mühüm və hiss olunan, demək olar ki, presedentsiz faydaları təkcə Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həm də Rusiya ilə İran əldə edəcək. Çünki hazırda Cənubi Qafqazdan keçərək İranı Rusiya ilə birləşdirən dəmir yolu mövcud deyil.”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 avqust 2025, 13:24
14 avqust 2025, 12:36
Top