Seul Mərkəzi Rayon Məhkəməsi Cənubi Koreyanın həbsdə olan sabiq prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Kon Xini həbs edib.
Demokrat.az xəbər verir ki, bu barədə “Renhap” portalı məlumat yayıb.
Kim Kon Xi səhm dələduzluğu, rüşvət alma və seçkilərə müdaxilədə ittiham olunur. Prokurorluğun iddiasına görə, o, “Deutsch Motors” şirkətinin (BMW avtomobillərinin Koreyadakı dileri) səhm qiymətlərinin süni şəkildə qaldırılması sxemində iştirak edərək 800 milyon von (təxminən 577 min dollar) qazanıb.
Bundan başqa, sabiq birinci xanımın “Birləşmə və Ümumdünya Sülh Kilsəsi” adlı dini təşkilatdan “işgüzar xidmətlər” müqabilində iki “Chanel” çantası və brilyant üzük aldığı bildirilir. O, həmçinin 2022-ci il parlament seçkilərində namizədlərin irəli sürülməsinə müdaxilə etməkdə ittiham olunur.
Məhkəmə Kim Kon Xinin azadlıqda qaldığı təqdirdə sübutları məhv edə biləcəyini əsas gətirərək həbs qərarı çıxarıb.
Məlumata əsasən, bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, sabiq prezident və onun həyat yoldaşı eyni vaxtda həbsdədir.