“Rəqəmlər də göstərir ki, son illər bu sahədə ciddi artım var. 5 minə qədər narkomanın qeydiyyata alınması narahatlıq doğuran məsələdir”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu prosesdə müxtəlif amillərin rolu var:
“Birincisi, bəzi insanlar asan gəlir qazanmağa meyillidir və buna görə narkotik maddələrdən biznes kimi istifadə edirlər, buna gəlirli bir sahə kimi yanaşırlar. İkinci bir amil isə bəzi region dövlətlərinin bu prosesdə maraqlı olmasıdır. Onlar Azərbaycan gənclərini məhv etmək üçün narkotik maddələrin geniş yayılmasına çalışırlar.
Eyni zamanda Azərbaycan elə bir nöqtədə yerləşir ki, buradan tranzit ölkə kimi istifadə cəhdləri olur. Bəzi ölkələr bizim ərazidən bu məqsədlə istifadə etməyə çalışırlar. Bu da prosesə təsir göstərir. Digər məsələ, sosial şəbəkələrdə və digər yerlərdə narkotik vasitələrin təbliğatının aparılmasıdır. Hüquq-mühafizə orqanları bu prosesin qabağını almaq üçün səy göstərirlər, lakin bu, asan məsələ deyil, mürəkkəb prosesdir. Ona görə davamlı maarifləndirmə işi aparmalıyıq, narkotikin vurduğu ziyan barədə gəncləri bilgiləndirməliyik”.
Qeyd edək ki, ötən il 4967 nəfər narkomaniyadan ilk dəfə xəstələnən şəxs kimi qeydiyyata alınıb. Bu say 2023-cü ildə 3796, 2020-ci ildə 2723 nəfər təşkil edib.
Cavidan Mirzəzadə
Demokrat.az