Tramp Putinlə Alyaskada nə danışacaq?

DÜNYA 14 avqust 2025, 12:09
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və avropalı müttəfiqlərinə Rusiya prezidenti Vladimir Putinlə Ukraynanın bölünməsi barədə danışmayacağını bildirib.

Demokrat.az xəbər verir ki, "NBC News"un mənbələrinə görə, Tramp Avropa liderlərinə Putinlə Alyaskada keçirilməsi planlaşdırılan görüşün əsas məqsədinin Ukraynada atəşkəsin əldə olunması olduğunu vurğulayıb.

Məlumata görə, Tramp Avropa liderləri ilə telefon danışığında Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini açıq şəkildə bəyan edib.

Tramp və Avropa liderləri Ukraynada sülh danışıqlarına başlamazdan öncə atəşkəsin vacibliyi barədə razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top