Tramp Zelenskiyə ərazilərdən imtina etməyi təklif edib

DÜNYA 13 avqust 2025, 20:47
ABŞ prezidenti Donald Tramp deyib ki, o, “ərazil mübadiləsini ” Rusiya və Ukrayna arasında sülh sazişinin zəruri hissəsi hesab edir, lakin bu məsələ ilə bağlı yekun qərarlar verə bilməz.

AzPost Axios-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu fikri Ukrayna prezidenti Vladimir Zelenski və Avropa ölkələrinin liderləri ilə söhbəti zamanı bildirib.

Portalın məlumatına görə, Amerika prezidenti onu da qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşdə məqsədləri atəşkəsə nail olmaq və tam sülh sazişinin mümkün olub-olmadığını anlamaqdır.

Finlandiya prezidenti Alexander Stubb Ukrayna ilə bağlı onlayn görüşdən sonra bildirib ki, qarşıdakı günlər və həftələr həlledici ola bilər.

“Biz atəşkəs və davamlı və ədalətli sülhə nail olmaq üçün birlikdə çalışırıq. Biz Ukraynanı dəstəkləyirik. Yaxın bir neçə gün və həftələr həlledici ola bilər”, – o, X sosial şəbəkəsində yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 22:49
13 avqust 2025, 22:36
13 avqust 2025, 21:31
Top