Daha prezident olmaq istəmir

DÜNYA 14 avqust 2025, 08:53
Serbiya Prezidenti Aleksandar Vuçiç prezidentliyə yenidən namizəd olmaq üçün Konstitusiyaya dəyişiklik etməyi düşünmədiyini bəyan edib.

Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Vuçiç prezidentlik müddətinin il yarımdan sonra başa çatacağını vurğulayıb.

“Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm və bunun üçün də Konstitusiyaya dəyişiklik etməyi düşünmürəm”, - deyə o qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top