Trampla Putin Alyaskadakı köhnə məzarlıqda görüşəcəklər — Uşakovdan "niyə" sualına cavab

DÜNYA 14 avqust 2025, 16:04
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Alyaskada sabah baş tutacaq tarixi görüş üçün yer seçimini şərh edib.

SAVASHMEDİA.az-ın xəbərinə görə, o, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampa arasında reallaşacaq zirvə görüşünün Alyaskada sovet pilotlarının dəfn olunduğu məzarlığın yaxınlığında keçiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, bunun simvolik anlamı var.

“Görüşün keçiriləcəyi hərbi bazanın yanında 1942-1945-ci illərdə “Lend-Lease” proqramı çərçivəsində SSRİ-yə Amerika təyyarələrini daşıyarkən həlak olmuş doqquz sovet pilotu, iki hərbçi və iki mülki şəxsin məzarları var. Bu yer bizə xalqlarımızın nasizmə qarşı mübarizədəki qardaşlığını xatırladır. Hazırkı vəziyyətdə belə simvolizm vacibdir”, - Uşakov izah edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top