2026-cı ilin noyabr ayının ilk yarısı dörd bürcün nümayəndələri üçün keçmişdə qalan məsələlərin yenidən gündəmə gəlməsi, münasibətlərdə anlaşılmazlıqlar və mühüm qərarların nəzərdən keçirilməsi ilə yadda qala bilər. Astroloji proqnoza görə, Merkuri planetinin retrograd hərəkəti ilə əlaqələndirilən bu dövrdə tələskən qərarlardan çəkinmək tövsiyə olunur.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" portalı məlumat yayıb.
Astroloqların fikrincə, Merkuri retroqradı insanın öz davranışlarını və motivlərini yenidən nəzərdən keçirməsi üçün fürsət kimi şərh olunur. Bu təsirin xüsusilə Əqrəb, Buğa, Əkizlər və Dolça bürclərində hiss ediləcəyi iddia edilir.
Əqrəb
Əqrəblərin həyatında keçmişdən qalan münasibətlər və həllini tapmamış məsələlər yenidən gündəmə gələ bilər. Astroloqlar bu dövrdə emosiyaların təsiri altında danışmamağı, sözləri diqqətlə seçməyi və mübahisələrdən mümkün qədər uzaq durmağı məsləhət görürlər. Noyabrın 13-dək qəti qərarlar verməzdən əvvəl vəziyyəti diqqətlə qiymətləndirmək tövsiyə olunur.
Buğa
Buğa bürcünün nümayəndələri şəxsi münasibətlərində bəzi suallarla yenidən üzləşə bilərlər. Əvvəllər həll edildiyi düşünülən problemlər təkrar ortaya çıxa, münasibətlərdə şübhələr yarana bilər. Astroloqlar bu vəziyyəti davranış vərdişlərini təhlil etmək və artıq fayda verməyən münasibət modellərini dəyişmək üçün fürsət kimi qiymətləndirirlər.
Əkizlər
Əkizlər üçün gündəlik işlər, peşə öhdəlikləri və ünsiyyət sahəsində müəyyən qarışıqlıq yarana biləcəyi bildirilir. Uzun müddət təxirə salınmış məsələlər yenidən diqqət tələb edə bilər. Astroloqlar belə hallarda sakit qalmağı, düşüncələri nizamlamaq üçün vaxt ayırmağı və emosional reaksiyalardan çəkinməyi tövsiyə edirlər.
Dolça
Dolçaların karyera planlarını və peşəkar hədəflərini yenidən nəzərdən keçirməli ola biləcəkləri qeyd olunur. İş həyatında istiqamət dəyişikliyi və ya əvvəllər əldən çıxmış bir fürsətin yenidən ortaya çıxması mümkündür. Astroloqlar mühüm qərarlardan əvvəl məqsədləri dəqiqləşdirməyi və yeni imkanları diqqətlə qiymətləndirməyi məsləhət görürlər.
Jalə


