Bakıda küçədə dava olub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Paytaxtın Suraxanı rayonunda iki nəfər arasında baş verən insidentlə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Hər iki şəxs müəyyən olunaraq saxlanılıb.
Tərəflər arasında mübahisə avtomobili həmin yerdə saxladığına görə baş verib./Lent.az


