YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Günay Musayevanın keçmiş ərindən romantik etiraf: "Ən sevimli hekayəmsən"

Günay Musayevanın keçmiş ərindən romantik etiraf: Ən sevimli hekayəmsən

Türkiyəli aktyor Tolqa Karel həyat yoldaşı Sara Skota ünvanladığı romantik sözlərlə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, Türkiyədən ABŞ-a köçən sənətçi sosial şəbəkədəki paylaşımında sevgiyə münasibətini ifadə edərək həyat yoldaşına duyğularını çatdırıb.

Aktyor bildirib ki, sevginin ölçüsü birlikdə keçirilən günlərin sayı deyil, hər gün bir-birinə bəslənən hisslərdir. O, öz münasibətlərinin həyatındakı ən dəyərli sevgi hekayəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Tolqa Karel ilk dəfə Günay Musayeva ilə ailə həyatı qurub. Bu nikahdan Cahangir adlı oğlu dünyaya gəlib. Cütlük 2015-ci ildə boşanıb. Daha sonra ikinci dəfə evlənən aktyor ABŞ-a köçüb. Onun ikinci evliliyindən daha beş övladı var.

Jalə