Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti noyabrın 20-dən etibarən bərpa ediləcək.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, qatar Bakıdan noyabrın 20-də, Balakəndən isə noyabrın 21-də yola düşəcək.
Qeyd edək ki, sel hadisəsi nəticəsində Qax-Zaqatala dəmir yolu xəttinin zədələnməsi səbəbindən bu istiqamətdə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı. ADY-nin məlumatına görə, təmir işləri artıq başa çatıb və marşrut üzrə qatarların hərəkəti yenidən təmin ediləcək.



