YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Nalanın mərhum prodüserlə bağlı açıqlaması gündəm oldu: "Hər şeyi gözləyirdim"

Nalanın mərhum prodüserlə bağlı açıqlaması gündəm oldu: Hər şeyi gözləyirdim

Türkiyəli müğənni Nalan mərhum prodüser Erol Köse ilə bağlı diqqətçəkən açıqlama verib. Sənətçi keçmiş prodüserinin dramatik xarakterə malik olduğunu bildiyini desə də, onun intihar edəcəyini gözləmədiyini vurğulayıb.

Demokrat.az xəbər verir ki, Nalan bu barədə Aysu Molanın "YouTube" proqramında qonaq olarkən danışıb.

Ona "Erol Köse kimi bir sonla qarşılaşacağını gözləyirdinizmi?" sualı ünvanlanıb. Müğənni cavabında bildirib: "Mən onu əvvəldən tanıdığım üçün hər şeyi ondan gözləyirdim. Onun dramatik tərəfinin olduğunu həmişə görürdüm və bilirdim".

Daha sonra açıqlamasına aydınlıq gətirən Nalan sosial şəbəkədəki paylaşımında fikrinin yanlış anlaşılmamasını istəyib. O qeyd edib ki, intihar ani qərar ola bilər və insanın belə bir addım atıb-atmayacağını əvvəlcədən dəqiq söyləmək mümkün deyil.

"Yəni uzun cümlə ilə desəm, hər şeyi gözləyirdim, amma intiharı gözləmirdim", – deyə müğənni fikrini tamamlayıb.

Xatırladaq ki, prodüser Erol Köse 23 mart 2026-cı ildə İstanbulun Sarıyer rayonunda həyatını itirib. Onun cənazəsi ertəsi gün Zincirlikuyu məscidində qılınan namazdan sonra Feriköy qəbiristanlığında dəfn olunub.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində hadisədə üçüncü şəxslərin təqsiri və ya qəsdinin olduğuna dair sübut əldə edilməyib. Qərarda Kösenin hündürlükdən yıxılma nəticəsində aldığı ümumi bədən travması səbəbindən öldüyü qeyd olunub və iş üzrə cinayət təqibinə xitam verilib.

Jalə