Türkiyəli aktyorlar Devrim Özkan və Deniz Can Aktaş münasibətlərini artıq ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışmırlar. Bir müddətdir sevgili olduqları deyilən cütlük sosial şəbəkədə romantik fotolar paylaşaraq münasibətlərini açıq şəkildə nümayiş etdirib.
Demokrat.az xəbər verir ki, eyni layihədə tanış olan aktyorların dostluğu zamanla sevgiyə çevrilib.
Cütlük uzun müddət şəxsi həyatları barədə danışmaqdan və birlikdə görüntülənməkdən yayınsa da, ötən yay birgə tətildə olarkən kameralara tuş gəlib. Onların xarici ölkələrdəki istirahətindən fotolar da pərəstişkarlarının diqqətini çəkib.
Deniz Can Aktaş daha əvvəl qatıldığı proqramlardan birində həyatında onu xoşbəxt edən sevginin olduğunu demişdi. Aktyor münasibətinin ona müsbət təsirindən danışaraq enerjisinin artdığını, gözlərinin parladığını və işinə daha böyük həvəslə yanaşdığını bildirmişdi.
Uzun müddət şəxsi həyatını gizli saxlamağa üstünlük verən Devrim Özkan bu dəfə sevgilisi ilə birlikdə çəkilmiş fotosunu sosial şəbəkə hesabında yayımlayıb. Aktrisa Los-Ancelesdə tətildə çəkilən romantik şəklə "Bir zamanlar Los-Anceles" qeydini əlavə edib.
Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb. Deniz Can Aktaş isə sevgilisinin fotosuna qırmızı ürək emojisi ilə münasibət bildirib. Beləliklə, uzun müddətdir müzakirə olunan münasibətlərini sosial şəbəkədə də nümayiş etdiriblər.

Jalə


