YapiKredi Müraciət Forması
Dünya Özəl

Rusiya hərbi aviasiyası üçün reaktiv yanacaq istehsal edən zavod vuruldu - VİDEO

Rusiya hərbi aviasiyası üçün reaktiv yanacaq istehsal edən zavod vuruldu - VİDEO

Rusiya hərbi aviasiyası üçün reaktiv yanacaq istehsal edən zavod vuruldu - VİDEO

Ukrayna dronları Rusiya HHQ üçün yanacaq istehsal edən neft emalı zavodunu vurub

OSINT analitiklərinin məlumatına görə, zavodda 20-dən çox neft məhsulu, o cümlədən Rusiya hərbi aviasiyası üçün reaktiv yanacaq istehsal olunur.

Oktyabrın 30-u səhər saatlarında Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən və Rusiyanın Aerokosmik Qüvvələri üçün reaktiv yanacaq istehsal edən neft emalı zavodunda partlayış, ardınca isə yanğın baş verib.

OSINT analitik mərkəzi "ASTRA" xəbər verir ki, bundan əvvəl bölgədə pilotsuz uçuş aparatı (PUA) hücumu ilə bağlı xəbərdarlıq elan edilib və yerli hava limanı bağlanıb.

Novokuibışevsk sakinləri partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin işə düşməsi ilə bağlı səslər eşitdiklərini bildiriblər. Bölgədə PUA təhlükəsi barədə rəsmi məlumat səhər saat 6:00 radələrində verilib. Məlumata görə, həmin vaxt hücum artıq başlayırmış.

OSINT analitik "ASTRA"nın mütəxəssisləri yerli sakinlərin göndərdiyi fotoşəkilləri araşdıraraq, Novokuibışevsk Neft Emalı Zavodunda yanğın baş verdiyini müəyyən ediblər.

Alparslan