“Zəngəzurda rus sərhədçiləri durur, bunu nəzərə almaq lazımdır” — Rusiya XİN-dən reaksiya

DÜNYA 13 avqust 2025, 18:55
Zəngəzur bölgəsindən keçən kommunikasiya marşrutları açılarkən orada Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır.

AzPost bildirir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı üçtərəfli bəyannaməni şərh edərkən deyib.

Fadeyevin sözlərinə görə, Rusiya Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-2022-ci illəri əhatə edən üçtərəfli sazişlərini aktual  hesab edir. Çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını açıqlamayıb.

“Beynəlxalq sülh və tərəqqi üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizi layihəsi haqqında danışan Fadeyev deyib ki, “Rusiya Xarici İşlər Nazirliyi layihənin təfərrüatlarını öyrənir,  hələlik ictimaiyyətə açıqlanmayıb…”

“Biz həmçinin bildirdik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvlüyünü və Rusiya sərhədçilərinin Sünik bölgəsində olması kimi amilləri nəzərə almaq lazımdır. Onlar regionda nəqliyyat kommunikasiyalarının bloklanması ilə bağlı qərarların qəbulu zamanı nəzərə alınmalıdır”, – Fadeyev əlavə edib.

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda birgə bəyannamə imzalayıblar və bunu ABŞ prezidenti Donald Tramp da şahid qismində imzalayıb. Bəyannaməyə əsasən, Ermənistan ABŞ-a 99 il müddətinə Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunu (TRIPP) – Naxçıvan və Azərbaycan arasında Sünik bölgəsindən keçən yolu inkişaf etdirmək üçün eksklüziv hüquqlar verəcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 21:31
13 avqust 2025, 19:20
Top