Azərbaycanda ilk dəfə xəstənin ürək əzələsinə kök hüceyrələrin transplantasiyası həyata keçirilib.
Demokrat.az xəbər verir ki, əməliyyat Bakıdakı dövlət xəstəxanalarının birində həyata keçirilib.
Bildirilib ki, həm damara, həm də ütək əzələsinə kök hüceyrənin köçürülməsi ilk dəfədir icra edilib.
Belə ki, ürək infarktından sonra kritik vəziyyətdə olan xəstədə ürək əzələsinin yığılma qabiliyyəti (fraksiya) 15 faizdən də aşağı, ağciyər ödəmi, qaraciyər və böyrək çatışmazlığı, eləcə də qalxanabənzər vəz funksiyasının pozulması qeydə alınıb.
Əməliyyatın unikal cəhəti isə ondan ibarət olub ki, bu dəfə klassik açıq ürək əməliyyatı ilə yanaşı, həm damar daxilinə, həm də birbaşa ürək əzələsinə kök hüceyrələrin transplantasiyası da həyata keçirilib. Bu metod dünya təcrübəsində çox nadir hallarda tətbiq olunur və ilk dəfə olaraq belə ağır vəziyyətdə olan xəstədə iki metodun eyni vaxtda istifadəsi ilə icra olunub.
Cərrahi müdaxilə 3 saat davam edib və texniki baxımdan olduqca mürəkkəb olub. Bu cür əməliyyatların təxminən 40% ölüm riski və 80%-dən çox hallarda reanimasiya müddətinin bir həftədən uzun çəkməsi ehtimalı olsa da, əməliyyat uğurla nəticələnib. Hazırda xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir. (Qafqazinfo)